525.Az

"Sən elə bir zirvəsən ki..." adlı esse müsabiqəsi keçirilir


 

"Sən elə bir zirvəsən ki..." adlı esse müsabiqəsi keçirilir<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanası Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 10-15 yaşlı məktəblilər arasında "Sən elə bir zirvəsən ki..." adlı onlayn esse müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək istəyən 10-15 yaş arası məktəblilər bu gündən etibarən yazdıqları esseləri may ayının 10-dək Respublika Uşaq Kitabxanasının elektron poçt ünvanına ([email protected], [email protected]) təqdim etməlidirlər.

Müsabiqənin təşkilində əsas məqsəd, Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq gələcək nəsillərə çatdırılması, uşaqlarda yaradıcılıq imkanlarını inkişaf etdirmək, eyni zamanda, müsabiqənin hədəfi istedadlı məktəblilərin fikir ifadə etmək, yazmaq və anlatmaq bacarıqlarını təşviq etmək, onların potensial imkanlarının üzə çıxarılmasına şərait yaratmaqdır.

Məktəblilər tərəfindən təqdim olunmuş esselər kitabxananın facebook səhifəsində paylaşılacaqdır. Qalib, onlayn səs çoxluğu əsasında müəyyən olunacaq (ən çox bəyənilmiş esse).

Nəticə may ayının 11-də açıqlanacaq. Onlayn səs çoxluğu toplamış oxucuya Respublika Uşaq Kitabxanası tərəfindən kitab hədiyyə ediləcək.

 





06.05.2020    çap et  çap et