525.Az

"Qavaldaş" I Beynəlxalq onlayn festival-müsabiqəsi yekunlaşıb


 

"Qavaldaş" I Beynəlxalq onlayn festival-müsabiqəsi yekunlaşıb<b style="color:red"></b>

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada "Qavaldaş" zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və ilk dəfə olaraq I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin nağara ixtisası üzrə şagirdi Əliağa Cəfərzadə "Qavaldaş" I Beynəlxalq festival-müsabiqəsində birinci yerə layiq görülüb.

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, nağara musiqi alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.

 





06.05.2020    çap et  çap et