525.Az

İmişlinin sabiq icra başçısı nələrdə ittiham olunur? - Maddələr


 

İmişlinin sabiq icra başçısı nələrdə ittiham olunur? - <b style="color:red">Maddələr </b>

İmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub.

APA-nın məlumatına görə, istintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.

Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb.

Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

 





06.05.2020    çap et  çap et