525.Az

AVRO-2020-nin təqvimi razılaşdırılmayıb


 

AVRO-2020-nin təqvimi razılaşdırılmayıb<b style="color:red"></b>

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan AVRO-2020-nin təqvimi hələ hazır deyil.

Apasport.az saytının məlumatına görə, bunu turnirin Rusiya Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

O bildirib ki, hazırda qitə birinciliyinin yalnız start və finiş tarixi bilinir: “Avropa çempionatının sadəcə başlama və bitmə tarixi açıqlanıb – 2021-ci il 11 iyundan 11 iyula qədər. Oyunların təqviminə gəlincə, bu günə qədər heç bir dəyişiklikdən xəbərimiz yoxdur. Təqvim hələ razılaşdırılmayıb. Hazırda əvvəlki təqvimi nəzərə alırıq”.

Qeyd edək ki, AVRO-2020-nin oyunları Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu turnirin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 matçına ev sahibliyi edəcək.

 





08.05.2020    çap et  çap et