525.Az

Futbolda əvəzetmələrin sayı rəsmən artırıldı


 

Futbolda əvəzetmələrin sayı rəsmən artırıldı <b style="color:red"></b>

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarında müvəqqəti dəyişikliklər edib.

Apasport.az saytının məlumatına görə, bunlar koronavirus pandemiyası üzündən dayandırılan turnirlərin 2020-ci il dekabrın 31-dək keçiriləcək oyunlarına tətbiq ediləcək.

Bu müddətdə komandalara 5 əvəzetmə hüququ veriləcək. Bunlar 3 dəfəyə gerçəkləşməlidir. Həmçinin fasilədə dəyişiklik etmək mümkündür.

Əlavə vaxtın oynanıldığı matçlarda bu rəqəm 6-ya yüksələ bilər. Bu, həmin turnirdə əlavə əvəzetməyə öncədən icazə verildiyi hallarda mümkün olacaq.

Qeyd edək ki, FİFA tərəfindən irəli sürülən bu təklif futbolçuların sağlamlığını qorumaq məqsədi daşıyır.

 





08.05.2020    çap et  çap et