525.Az

Fəryad... Və Vicdan


 

Fəryad... Və Vicdan<b style="color:red"></b>

Noyabrın 17- görkəmli yazıçı-jurnalist Əli İldırımoğlunun 85 yaşı tamam olur. Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edənFəryad vicdanessesini oxuculara təqdim edirik.

(Əvvəli ötən şənbə sayımızda)

 

Loğman  RƏŞİDZADƏ

 

 Tale işidir. Belə gətirib ki, yazıçının uşaqlıq gəncliyi uzun illər ermənilərlə ünsiyyətdə, başqa sözlə, qonşuluqda keçib. Ədibin ata yurdu Qubadlının Əliquluuşağı kəndi  haqdanmı, nahaqdanmı erməni kəndlərinin qonşuluğunda yerləşib, anasının kəndi  Həsənli isə  erməni vandalları tərəfindən  yandırılıb, yerlə-yeksan  edilib. Həm əmin-amanlıq dönəmində, həm ara qarışanda müəllif  ermənilərin  əsl sifətini, üzünü yaxşı görüb. Sakitlikdə, əmin-amanlıqda quzu kimi davranan ən fağır erməninin  ara qarışanda  qızıl ilan kimi quyruğu üstdə  necə durduğunun çox şahidi  olub.  Odur ki, kövrək uşaq yaddaşı getdikcə   coşqun yazıçı təxəyyülünə çevrilərək bədii əsərlərdə  təzahür etməyə başlayır. Əli İldırımoğlu bu əsərlərdə, həm öz taleyini yazır, erməni vəhşiliyinə tuş gəlmiş, zərbələr almış taleyini.

Erməni vandalizmi onun şəxsi həyatında, qeyd etdiyimiz kimi, çox ağrılı-acılı izlər buraxıb. Qohum-əqrəbaları, yaxınları erməni terrorizminin qurbanı olub. Əmisi Əmrah yüzbaşı Zəngəzur dağlarını özünə səngər edərək erməni qəsbkarlarına qarşı uzun müddət vuruşub, zaman-zaman onların  Qarabağa yollarını kəsib, ən nəhayət,  qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Bu ya digər faktlar yazıçının həyatında silinməz izlər qoyub bədii tədqiqat obyektinə çevrilib.

Yazıçı nədən yazırsa-yazsın, əslində özünü, öz daxili dünyasını təqdim edir, müəyyən mənəvi-əxlaqi  çabalardan söz açdıqca öz varlığını, estetik mövqeyini ortaya qoyur. Bu dolaylardan keçməyən ədəbiyyat oxucuya  yad olduğu kimi, elə yazıçının özünü isitmir. Mövzu yazıçının bətnində yaranmalı,  ağrısından, sevinc kədərindən  formalaşmalıdır. Ədəbiyyat inanc səmimiyyətdir. Bunu qorumaq üçün bütün məqamlarda yazıçı səmimi, təbii olmalıdır. Əli İldırımoğlu yaradıcılığı boyu özünü yazan, daim yaşantılarını, duyğu düşüncələrini qələmə alan səmimi yazıçıdır.  Hadisə xarakterləri özündən  keçirməyi bacaran ədib mövcud dünya çərçivəsində öz dünyasını yaxşı yarada bilir. Əsərləri sanki onun yaddaş xatirələrinin yaşıdıdır. O cümlədənDaş yağan günromanı...

Əsərlərin, ədəbi nümunələrin müəyyən yaranma texnologiyası olur. Yazıçı ilk növbədə müəyyən bir problemi - fəlsəfi, siyasi, ictimai,  yaxud əxlaqi xətti önə çəkir. Deyək ki, konkret bir hadisənin, müharibənin, döyüş səhnəsinin, ailə-məişət münaqişəsinin, tarixi hadisənin özünü, zahiri görüntüsünü yox, onun içində, mahiyyətində, mayasında yaşayan  problemi leytmotivə çevirir. Adamlar, onların həyatı, məişəti, bir-birinə münasibətləri, xarakterləri, predmet əşyalar, təbiət təsvirləri problemin çözümündə ədəbi material rolu oynayır. Bəzi əsərlərdə  fərqli olaraq problem hadisələrin içindən boy göstərir sair... Formaların, hər biri, əslində ədəbi nümunə üçün məqbul qəlibdir. Əsas meyar bu qəlib çərçivəsində  istedadla yazılmış bədii əsər təqdim etməkdir.

Daş yağan gündaha çox fəlsəfi-əxlaqi problem üzərində qurulmuş romandır. Bu fonda ədəbi qəlib kimi seçilən Nəcəfin taleyi işığında ədib məsələnin  təkcə fəlsəfi-əxlaqi qaynaqlarını araşdırmır, eyni zamanda qneseoloji köklərinə qədər gedir. Əsərdə baş verən hadisələr, insan taleləri, təbiət təsvirləri, cəmiyyətin fərqli  həsb-halı həmin məqsədə xidmət edir. Əslində problem erməni vəhşiliyinin, erməni vandalizminin, kökdən, genetikadan pozulmuş əxlaqdan süzülüb gələn erməni  millətçiliyinin ifşasıdır. Bu məqsədlə ədəbi qəlib kimi seçilmiş  bir gəncin nakam taleyi bütün məsələlərə işıq salmaqda, problemə müxtəlif rakurslardan yanaşmaqda yazıçıya kömək edir, onun bədii-estetik manevr imkanlarını artırır. Əli müəllim problemin açılmasında  şaxələnmiş süjetin bir məcraya yönəldilməsində daha çox insan  talelərinə güvənir, onların fərdi cizgilərini, məişət  gizlinlərini, həyat fəlsəfəsini, yaşam tərzini, sosial münasibətlərini bu istiqamətə yönəldərək toplum şəklində təqdim edir. Şübhəsiz, əsərdəki təbiət təsvirləri, etnoqrafik etüdlər, simvollar, yuxugörmələr, mistik təxəyyüllər qarşıya qoyulan yazıçı amalının  şərhində az rol oynamır. Bir sözlə, faktdan, hadisədən, həyat həqiqətlərindən tutmuş ədəbi-bədii vasitələrə qədər  hər şey mobil bir ahəngdarlıqla problemin açılımına səfərbər edilir, sanki işıq bir nöqtəyə istiqamətləndirilir.

Ədəbiyyatın missiyası səmimiyyət xeyirxahlıqdır.  Ədəbiyyat humanizmdir. U.Folkner müsahibələrinin birində: “Sizə ad verməmişlər:  naturalist, ənənəçi, simvolist s. Maraqlıdır, bəs siz, öz fikrinizcə, hansı məktəbə mənsubsunuz?” - sualına, -  Mənsub olduğum ya mənsub olmaq istədiyim məktəb humanistlər məktəbidir”- deyir. Səmimiyyətlə deyə bilərik ki, Əli İldırımoğlu da öz yazıçı məziyyətlərilə bu humanistlər nəslinin davamçılarındandır.  Humanizm, xeyirxahlıq, canyananlıq digər yüksək əxlaqi məziyyətlər onun əsərlərində ədəbi-estetik bir sistem kimi özünü göstərir. Bu estetik harmoniya onun hər bir əsərində özünəməxsus ahəngdə təzahür edir. “Daş yağan günəsəri bu mənada özünəxas ştrixlərlə zəngindir.  Buradakı hadisələr insan taleləri humanizm əxlaqa tabe etdirilib, yazıçı himayəsinə  bürünüb...

Əsər belə başlayır: “İlıq yaz axşamı. Bağlı-bağatlı  kənd alma, gilənar, gilas çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə qayıdırdı. Çiyni  sənəkli qız-gəlin şən əhval-ruhiyyə ilə bulaq başına tələsirdi. Məscidlərin minarələrindən  azan  səsi gəlirdi.  Möminlər axşam namazına hazırlaşırdılar. Güney məhəllədəki həyətlərin birində toy məclisi qurulmuşdu. Çal-çağır səsi kəndi başına götürmüşdü. Aşıqların sazı-sözü qəlbləri ehtizaza gətirirdi. Bir neçə saatdan sonra gəlin atlanıb təntənə ilə bəy evinə yola salınmalıydı. Bu əsnada  ara vermədən atılan top mərmilərinin qulaqbatırıcı uğultusu kəndi təlatümə gətirdi. Təpədən dırnağa qədər silahlanmış ermənilər dörd bir tərəfdən qara  qarışqa kimi kəndi mühasirəyə aldı... Toy yasa döndü. Top mərmiləri evlərin külünü göyə sovurdu. Güllü-çiçəkli bağ-bağçaların xoş rayihəsi  yayılan həyət-bacaları barıt qoxusu bürüdü. Məscidlər, mədrəsələr yerlə-yeksan edildi. Qadınların məşum naləsi, uşaqların tükürpədici çığırtısı, mal-heyvanın mələrtisi, itlərin ulartısı ərşə qalxdı. Minlərlə insan bir gecənin içində ev-eşikli odlara qalandı. Kəsilən toy qoyunlarının qanı, insan qanına qarışıb, balaca-balaca yumru daşları  diyirlədirdi”.

Əli müəllimin yaradıcılığına xas dəqiq, real, obrazlı təhkiyə... Sözlə çəkilən tablo... Sadəlikdə mürəkkəb bədii təxəyyül... Romana proloq təsiri bağışlayan bu giriş özlüyündə, sanki manifestdir. Əsərin bütöv  ruhunu özündə yaşadan bu parça, insan qəlbini riqqətə gətirən bu təzadlı təsvirlər yazıçı ideya məqsədinin  bəyannaməsidir.  Sanki göylə yer arasındasan, reallıqla məchulluğun  sərhədlərindəsən. Xeyirlə Şərin çılğın, ehtiraslı mübarizəsinin içindəsən... Sevincin-xoşbəxtliyin, yaxud   qanın-qadanın, bədbəxtliyin hardan başladığını, harda  qurtardığını kəsdirə bilmirsən.  Bəlkə  onlar eləcə bir-birinin bətnində yetişir, bir-birini formalaşdırır?.. Bəlkə  Xeyirlə Şər yaranışdan    bir-birini  izləyir, bir-birini şərtləndirir, biri digəri olmadan yaşaya bilmir? Maraqlıdır ki, bu ədəbi temp, bədii ritm, intonasiya bizi əsər boyu izləyir.

Əli İldırımoğlu humanizmi bu parçada bütün əlvanlığı ilə  boy göstərir. Təsvirin  dəqiqliyi, dilin şirinliyi, hadisələrin yaşatdığı həyəcan bu humanizmin təsir gücünü daha da artırır. Xoşbəxtlik, əmin-amanlıq qan-qada, ölüm, qırğın... Bir tərəfdə adi, sadə sakit həyatın səadəti, digər tərəfdə müharibənin, vəhşiliyin məşum faciəsi... Həyatın məntiqi budurmu?.. İnsan buna görəmi dünyaya gəlib?.. Gələcək bunun üstündəmi qurulub?.. Əli İldırımoğlu bir yazıçı kimi belə eybəcərliklərə üsyan edir, erməni  vandalizminə, ümumiyyətlə, insanlığa edilən hər cür vəhşiliyə qarşı xeyirxahlığı, insanpərvərliyi, humanizmi qoyur...

Fakt hadisələri, gündəlik, real yaşantıları bədii materiala çevirmək üçün yazıçılar müxtəlif ədəbi vasitələrə əl atırlar. Bədii əsər hər hansı bir müstəvidə qərar tutur, başqa sözlə, real faktla hansısa bir forma birləşərək bazis rolunu oynayır, ədəbiyyat onun üzərində qurulur. Müəyyən  şərtilikləri nəzərə almaqla deyə bilərik  ki, söz ədəbiyyatı da var, hadisə ədəbiyyatı da, xarakterlər üzərində qurulan ədəbiyyat da... Bu cəhətlərin hər biri Əli müəllimin yaradıcılığında kifayət qədər  öndədir. Bir çox hallarda bu ədəbi priyomlar birləşərək kompleks halında  sintez təşkil edir. Lakin Əli İldırımoğlu ədəbiyyatı daha çox xarakterlər üzərində  qurulur,  insan taleləri fonunda boy göstərir.  Daş yağan günəsəri, qeyd etdiyimiz kimi, problem ədəbiyyatıdır, erməni probleminə, Azərbaycana azərbaycanlılara qarşı yönəlmiş erməni vəhşiliyinin ifşasına həsr olunmuş romandır.  Problemin şərhi üçün ədəbi vasitə kimi xarakterlər, canlı insan taleləri seçilmişdir. Əsasən Nəcəfin, bir insanın nakam taleyindən maya tutan roman son anda canlı xarakterlər toplusu kimi yadda qalır. Bu insanlar - Nəcəf, Mikayıl, Nəcəfin alaçıq qonşuları olan  Armenak, Akop, erməni qaniçənləri -  Andranik Poqosyan, Arsen başqalarının canlı həyat tarixçəsi, 

-
Andranik Ozanyan, Nijdeh, Hamazas, Dro bu kimi millətçilərin xəyali obrazlarının yaratdığı bədii mənzərə problemin köklərinə qədər getməkdə yazıçıya kömək edir.

Əsərin süjeti Nəcəfin  həyat tarixçəsi üzərində qurulub. Erməni quldurları tərəfindən yandırılmış, yer üzündən silinmiş, əhalisi, demək olar ki, başdan-başa qırılmış, müəllifin öz diliylə desək, pərgarı pozulmuş Həsənlinin yadigarlarından biri Nəcəfin... Qundaqda ikən əmisi Mikayıl tərəfindən xilas edilən Nəcəfin... beləcə bir zülmdən qurtarıb digər zülmə tuş gələn, erməni əsirliyindən xilas olub əmisinin əsirliyinə düşən Nəcəfin...

Köhnə Həsənlidən qaldı?.. Kimsəsiz kalafalıqlar, beş-üç adam, taleyi kəm gəlmiş başıbəlalı Nəcəf acı xatirələr. Salamat qalmış beş-üç nəfər yeni kənd, Təzə Həsənli saldı, yaraları sağaltdı eyni zamanda  erməni məkrini unutmağa başladı...

Təsadüfi deyil ki, yazıçı özünün  protoobrazı balaca qəhrəmanın diliylə etiraf edir: “Uşaq olsam da, açıq-aydın görürdüm ki, kəndə gələn pəncərə şüşələyən, at, qatır, öküz nallayan, palan tikən, divar hörən ermənilərə necə inanıb, mərhəm münasibət göstərirlər. Təzə Həsənlinin adamları erməniləri yuxarı başa keçirib, neçə gün evlərində qonaq saxlayıb, qabaqlarına yağlı xörəklər qoyub, sonra da gördükləri işin müqabilində ciblərini doldurub, arpadan, buğdadan, darıdan, pərincdən yüklərini tutub, hörmətlə yola  salırdılar”.

 (ardı gələn şənbə sayında)

 





14.10.2012    çap et  çap et