525.Az

"Azərkitab"da Heydər Əliyevin xatirəsi anıldı - Foto


 

"Azərkitab"da Heydər Əliyevin xatirəsi anıldı - <b style="color:red">Foto</b>

Bu gün "Azərkitab" Kitab Mərkəzinin, xüsusilə Azərkitabın layihə rəhbəri Mirisrafil Sabir Həsənovun təşəbbüsü ilə Ümumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 97 illiyinə, Azərkitab Kitab Mərkəzinin 3-cü ilinə və Böyük Vətən müharibəsində qələbəmizin 75 illiyinə həsr edilmiş onlayn konfrans keçirilib.

Konfransda ölkəmizin ziyalıları - Xalq yazıçısı Çingiz Abdullayev, Millət vəkili Jalə Əliyeva, Əməkdar jurnalist Qulu Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərkitabın direktoru Misirxan Həsənov və Əməkdar artist Azad Şükürov iştirak ediblər.

Mövzu haqqında məruzə və çıxışlar dinlənilib. Şair Nurəngiz Günün "Salamat ol, ağca yol" poemasından parçalar səsləndirilib.

Şuşa şəhərinin işğalına aid, BVM-də qələbəmiz haqqında və Heydər Əliyevin həyatından vidiogörüntülər nümayiş edilib.

İki saatdan artıq çəkən konfrans izləyicilərin böyük marağına səbəb olub.

 





09.05.2020    çap et  çap et