525.Az

Xaldan məktəbliləri "Heydər Əliyev-97" mövzulu videoçarx hazırlayıblar


 

Xaldan məktəbliləri "Heydər Əliyev-97" mövzulu videoçarx hazırlayıblar<b style="color:red"></b>

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax rayon Xaldan kənd Uşaq Musiqi Məktəbi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev-97" adlı videoçarxı təqdim edib.

Videoçarxı məktəbin müəllimi Minarə Yunusova hazırlayıb.

"Azərbaycan xalqı öz dahi Liderini unutmayacaq!" sözləri videoçarxın şüarıdır.

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Videoçarxda qeyd olunur ki, Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş dahi şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Burada Ümummilli liderin keçdiyi həyat yolunun maraqlı və tarixi fotoşəkillərlə işıqlandırmasından əlavə, məktəbin şagirdləri onun haqqında şeirlər səsləndirir, müəllimləri onun Azərbaycan xalqının taleyində oynadığı önəmli roldan bəhs edirlər.

Daha sonra vurğulanır ki, xoşbəxtlik kiməsə xoş anlar, xoş günlər bəxş edə bilməkdir: "Bu baxımdan böyük bir ölkəyə, onun insanlarına bu anları yaşadan şəxsiyyət də xoşbəxtdir. O, öz həyatını bu xalqa, elə, obaya, onun hər bir vətəndaşına həsr etdi. Dünyanın hər bir nöqtəsinə canı qədər sevdiyi Azərbaycanı məhz o tanıtdı. Dahi şəxsiyyət! Onun dühasında yenidən doğuldu bu ölkə! Sinəsini bir sipər kimi gərərək öz arxasınca apardı xoş günlərə!"

Videoçarxda həvəskar musiqiçi, Ulu öndərin ən çox sevdiyi "Küçələrə su səpmişəm" mahnısını pianoda ifa edərək ona öz məhəbbətini bu cür çatdırmaq istədiyini deyir.

Videoçarxın sonunda qeyd olunur ki, 10 May günü Azərbaycan xalqı üçün ən sevimli, ən fərəhli günlərdən biridir. Bizim üzərimizə düşən vəzifə isə bu günü gələcək nəsillərə çatdırmaqdır.

SƏBA

 





10.05.2020    çap et  çap et