525.Az

Hasan Şaş "Qalatasaray"dan ayrılıb


 

Hasan Şaş "Qalatasaray"dan ayrılıb<b style="color:red"></b>

“Qalatasaray”ın məşqçisi Hasan Şaş istefa verib.

Apasport.az saytının məlumatına görə, bunu Fatih Terimin 44 yaşlı köməkçisi özü açıqlayıb.

O instaqram hesabında yazdığı statusunda bildirib ki, vəzifəsindən öz istəyi ilə ayrılıb. Şaş bu günə qədər ona çətin günlərində dəstək olan azarkeşlərinə də təşəkkür edib.

Qeyd edək ki, 1998-2009-cu illərdə “Qalatasaray”da oynamış Şaş 2018-ci ildən əsas komandada məşqçi işləyirdi. O, 2011-13-cü illərdə də İstanbul klubunun çalışdırıcısı olub.

 





11.05.2020    çap et  çap et