525.Az

Fərqanə Mehdiyevanın xatirəsinə ədəbiyyat mükafatı təsis ediləcək


 

Fərqanə Mehdiyevanın xatirəsinə ədəbiyyat mükafatı təsis ediləcək<b style="color:red"></b>

Mərhum şair Fərqanə Mehdiyevanın xatirəsinə “Fərqanə” ədəbiyyat mükafatı təsis ediləcək.

525.az xəbər verir ki, bu barədə Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar məlumat verib.

İ.Yaşar bildirib ki, mükafat hər il Fərqanə Mehdiyevanın doğum günü ərəfəsində xanım yazarlar arasında keçiriləcək müsabiqənin qalibinə veriləcək.

Mükafatın təsisiçisi Dünya Gənc Türk Yazarlar Birliyidir.

Qeyd edək ki, F.Mehdiyeva mayın 2-i uzun sürən xəstəlikdən vəfat edib.

Mərhum şair “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, AYB-nin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza”, “Mikayıl Müşfiq”, “Şahmar Əkbərzadə” mükafatlarının sahibi idi.

 





12.05.2020    çap et  çap et