525.Az

"Bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur"


 

"Bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur"<b style="color:red"></b>

“Maliyyə sektorunda müsbət meyllər müşahidə olunur. İlk 4 ayda kredit portfeli 1,9% artıb. Bunun da əsas mənbəyi biznes kreditləridir”.

“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, biznes kreditlərində 4,1%, ipoteka kreditlərində 5,2% artım olub, istehlak kreditləri isə 4,1% azalıb.

“Banklar tərəfindən 4,1 mlrd. manat yeni kreditlər verib. Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 mlrd. manatdan yuxarı likvid vəsait var, bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur. Banklar vaxtında öhdəlikləri yerinə yetirir. Ödəniş sistemi stabildir”, - deyə E. Rüstəmov qeyd edib.

 





13.05.2020    çap et  çap et