525.Az

"Bağlanan banklarda 211 milyon manatlıq ipoteka kreditləri var"


 

"Bağlanan banklarda 211 milyon manatlıq ipoteka kreditləri var"<b style="color:red"></b>

“Bağlanan banklarda 211 mln. manatlıq ipoteka kreditləri var. İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək ki, miqrasiya hara, hansı banka edilsin”.

“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, bağlanan banklarda əmanətlərin 99%-dən çoxu sığortalıdır. Bağlanan banklarda qorunmayan əmanətlərin həcmi isə 3 mln. manat təşkil edir.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, son bir ayda “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank”ın lisenziyaları ləğv edilib.

 

 





13.05.2020    çap et  çap et