525.Az

Elnur Əliyev İqtisadiyyat nazirinin müavini təyin edildi


 

Elnur Əliyev İqtisadiyyat nazirinin müavini təyin edildi <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq olunub. Həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.

 





13.05.2020    çap et  çap et