525.Az

"Sən elə bir zirvəsən ki..." esse müsabiqəsinin qalibi açıqlanıb


 

"Sən elə bir zirvəsən ki..." esse müsabiqəsinin qalibi açıqlanıb<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə 10-15 yaşlı məktəblilər arasında keçirdiyi "Sən elə bir zirvəsən ki..." adlı esse müsabiqəsinin nəticələrini elan edib.

Onlayn müsabiqədə Bakı şəhəri üzrə 21 məktəbli iştirak etmişdir. Şagirdlərin yazdıqları esselər may ayının 10-na kimi kitabxananın elektron poçt ünvanına göndərilib.

Təqdim olunmuş esselər kitabxananın “Facebook” səhifəsində paylaşılıb. Qalib onlayn səs çoxluğu əsasında 722 səs toplayan (ən çox bəyənilmiş esse) - 192 saylı məktəbin IVc sinif şagirdi Selcan Alagözova seçilib.

Yazılmış esselərdə məktəblilər Ulu öndərə olan hədsiz məhəbbətlərini səmimi sözlərlə ifadə ediblər. Qeyd edək ki, esse müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu öndərin bənzərsiz həyat yolunun böyüməkdə olan gənc nəslə təbliğ edilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

 





14.05.2020    çap et  çap et