525.Az

Azərbaycanlı vitse-prezidentlər BP-də daha yüksək vəzifələrə təyin olundu


 

Azərbaycanlı vitse-prezidentlər BP-də daha yüksək vəzifələrə təyin olundu<b style="color:red"></b>

BP şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar şirkətdə yeni daha yüksək vəzifələrə təyin olunublar.

Bu barədə “APA-Economics” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti vəzifəsinə təyin olunub.

“Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir. Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir”, - məlumatda qeyd edilir.

Qeyd edək ki, hər iki vitse-prezident yeni vəzifələrinin icrasına bu ilin iyulun 1-dən başlayacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bildirib ki, onlar regionun rəhbər komandasında şirkətin biznesinin uğuruna böyük töhfələr vermiş yüksək vəzifəli kadrlardır: "Biz onları yeni daha məsuliyyətli vəzifələrdə görməkdən çox məmnunuq. Bu bir daha onu göstərir ki, Azərbaycanlı peşəkarlara qlobal şirkətlərdə beynəlxalq səviyyəli kadrlar kimi tələbat var. Hər iki həmkarımıza BP-dəki yeni vəzifələrində uğurlar diləyirik”.

 





15.05.2020    çap et  çap et