525.Az

Vergi ödəyicilərinə 117 milyon manata yaxın maliyyə dəstəyi göstərilib


 

Vergi ödəyicilərinə 117 milyon manata yaxın maliyyə dəstəyi göstərilib<b style="color:red"></b>

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 27 276  vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 105 225  fərdi (mikro) sahibkar, cəmi 132,501 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 713 işçini əhatə edən 27 267 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,44 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,22 mln. manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 431  vergi ödəyicisinə 196 553  nəfər muzdlu işçinin əməkhaqqı üzrə 61,77 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 105 225  vergi ödəyicisindən müraciət daxil olub, 97 527  müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 57,29 mln. manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 55,05 mln. manat vəsaitin 93 035  fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

 





15.05.2020    çap et  çap et