525.Az

“Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edildi


 

“Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edildi <b style="color:red"></b> Bu il görkəmli yazıçı-dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi xadim, teatr xadimi, publisist, tənqidçi, Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi qeyd edilir.

Təqdim olunan daycestdə görkəmli dramaturqun həyatı, ədəbi-ictimai, pedaqoji və diplomatik fəaliyyətindən bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılıb və seçmə yolu ilə diqqətə çatdırılıb.

Daycestin hazırlanmasında əsas məqsəd görkəmli ədibin həyatı, ictimai-siyasi, pedaqoji fəaliyyəti, bizlərə miras qoyduğu əvəzsiz irsindən bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir.

Daycestdə məqalələr “Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı”, “Əbdürrəhim bəy Haqverdiyevin ədəbi-ictimai və pedaqoji fəaliyyəti”, “Əbdürrəhim bəy Haqverdiyevin diplomatik fəaliyyəti”, “Əbdürrəhim bəy Haqverdiyev irsinin tədqiqi” və “Əbdürrəhim bəy Haqverdiyevin əsərləri teatr səhnələrində” adlı bölmələrdə toplanıb.

Hər bir bölmədə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilib.

Daycestlə tanış olmaq istəyənlər BURAYA keçid edə bilərlər.
 





17.05.2020    çap et  çap et