525.Az

"İlin hər günü laçınlılar evlərinə qayıdacaqları zamanı gözləyirlər"


 

"İlin hər günü laçınlılar evlərinə qayıdacaqları zamanı gözləyirlər"<b style="color:red"></b>

"Bu gün Laçının işğalı günüdür. 1992-ci ilin 18 mayında ermənilər Ermənistanla Qarabağ arasındakı ən vacib rayonu - Laçını işğal etdilər. Bir bu gün yox, ilin hər günü laçınlılar evlərinə qayıdacaqları zamanı gözləyirlər".

525.az xəbər verir ki, bunu İctimai Radioda "Gülnarın verilişi"nə dəvət olunmuş, 54 gün düşmən mühasirəsində qalan və oradan sağ qurtulan, daha sonra isə başına gələnlər haqda kitab yazan Əli Əliyevin oğlu İmdad Əlizadə deyib.


Ə.Əliyev 3 il öncə dünyasını dəyişib. Amma yazdığı kitab və danışdığı xatirələr yaşayır. İmdad Əlizadə həmin tarixi hadisələri indiyə qədər olduğu kimi xatırladığını danışıb: "Bütün keşməkeşlərdən keçən, torpaqlarını düşmənə təslim etmək istəməyən Ə.Əliyev və bir neçə silahdaşı Laçına qayıdıb orada dağlarda gizlənməyi planlayıblar. Məqsəd isə o olub ki, Azərbaycan ordusunun bölmələri rayonu ermənilərdən təmizləmək üçün gələrsə, dağlardan enib kömək etsinlər. Bu gözləmə 54 gün çəkib".

İ.Əlizadə danışır ki, atamdan heç bir xəbər gəlmədiyinə görə qohum-əqraba elə bilirdi, başına iş gəlib. "Hamı bu fikirdə idi ki, atam artıq həyatda deyil. Bircə anasından başqa. Nənəm inanırdı ki, atam sağdır və bir dəfə belə ağlamadı. Hər dəfə deyirdi ki, Əli qayıdacaq" Maraqlıdır ki, Əli Əliyevin mühasirədən çıxması xəbərini qohumlardan biri xəbər verərkən anası inanmayıb. "Öz gözümlə görməsəm, inanmaram" deyib. İki aya yaxın oğlunun sağ qalmasına inanan və inandıran ana oğlunun qayıtması xəbərinə də şübhə ilə yanaşıb".

İmdadın danışdıqları arasında ən incə məqam isə Laçına getmək və o torpaqları bir də görmək üçün müxtəlif yollar axtarması idi: "Hətta fikirləşmişəm ki, xəstələnsəm və öləcəyimi bilsəm, son arzum kimi Laçını görmək istədiyimi müxtəlif təşkilatlardan xahiş edəcəyəm. Deyəcəyəm ki, mənə bu yolda kömək göstərsinlər".

Övladlarına danışdığı bütün nağılların Laçında baş verdiyini deyən İmdad gözəl günlərin birində Laçına qayıdacaqları ümidini itirmədiyini xüsusi vurğulayıb.

 





18.05.2020    çap et  çap et