525.Az

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı xeyriyyə aksiyalarını davam etdirir


 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı xeyriyyə aksiyalarını davam etdirir<b style="color:red"></b>

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə xeyriyyə aksiyalarını davam etdirir.

Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan təşkilat bu həftə də İctimai Birliyin sədri Qənbər Qurbanovun təşəbbüsü ilə Bakıda, eyni zamanda, Gəncə şəhəri və ətraf rayonlarda yaşayan yaşı 65-dən yuxarı, tənha insanlar, aztəminatlı və digər imtiyazlı ailələrlə görüş keçirib.

İctimai Birliyin üzvləri onlara ərzaq bağlamalarını çatdırıb, eyni zamanda, zəruri maarifləndirici məlumatlar verib.

İctimai Birlik növbəti həftələrdə də xeyriyyə aksiylarını davam etdiricək.

 





18.05.2020    çap et  çap et