525.Az

Ustad aşıq və tarixi ənənə- Birinci yazı


 

Aşıq Şəmşir-120

Ustad aşıq və tarixi ənənə- <b style="color:red">Birinci yazı</b>

Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru
mukhtarkazimoglu@gmail.com

Aşıq Şəmşirin təmsil etdiyi aşıq sənətinin təşəkkül tapıb özünəməxsus yol tutmasında ən başlıca göstəricilər, təbii ki, sazın meydana çıxması, ayrı-ayrı saz havalarının onlara uyğun şeir şəkil janrlarının yaranması, dastanların yeni məzmun forma xüsusiyyətləri qazanmasıdır. Bu göstəricilərin mahiyyətini daha dərindən başa düşməkdə isə ən münasib üsullardan biri aşıq sənətini imkan daxilində ozan sənəti ilə müqayisə etməkdir. Əlbəttə, müqayisə o vaxt daha səmərəli olardı ki, XV-XVI əsrlərəcən qopuzda çalınan ozan havaları barədə dəqiq məlumat əldə edə biləydik, həmin havalardan hansının müqabilində hansı formalarda şeir oxunmasından xəbər tuta biləydik. İndiki halda aşıq-ozan müqayisəsini, əsasən, ehtimallar üzrə aparmalı bu ehtimalları irəli sürərkən ən çoxDədə Qorqud  eposuna üz tutmalı oluruq. “Dədə Qorqudeposuna qopuzla sözün əlaqəsi baxımından nəzər saldıqda diqqəti ilk növbədə eposdakısöyləmələr cəlb edir. “Söyləmələrin heca vəznli qoşma gəraylılardan fərqlənməsi üzərində düşünüb folklorşünaslıqdakı məlum fikirlə biz razılaşmalı, “Dədə Qorqudşeirlərinin heca standartlarından kənara çıxmasını xüsusi qopuz havaları ilə əlaqələndirməli oluruq. vurğulamaq istəyirik ki, ozan şeirində olduğu kimi, aşıq şeirində ortaya çıxan bir çox sualların cavabı məhz musiqidədir. Bizdə sazın sözdən, sözün sazdan ayrı öyrənilməsi, aşıq şeirinin aşıq musiqisindən dərəcədə asılı olmasına diqqət yetirilməməsi bu sahəyə aid tədqiqatların lazımi istiqamətdə getməsinə maneçilik törədir. “Lazımi istiqamətdedikdə aşıq şeirini  ifa prosesi ilə vəhdətdə götürmək, ifa prosesində yaranmasını aşıq şeiri üçün səciyyəvi cəhət saymaq bu cəhətinə görə onu yazılı şeirdən fərqləndirmək kimi amilləri nəzərdə tuturuq. Bu cür amilləri nəzərə almaq isə aşıq şeirini dastan kontekstində araşdırmağı zərurətə çevirir. Çünki aşıq şeiri (bütövlükdə aşıq sənəti) öz mahiyyətini dastan ifaçılığında daha qabarıq şəkildə göstərir. Aşıq şeiri nəinki məzmun, həm formasına görə dastan ifasına, həmin ifa zamanı çalınan saz havalarının ritm ahənginə tabe etdirilir. Sərbəst şeiri xatırladanDədə Qorqud” “söyləmələri qopuz havalarının ritm ahənginə uyğun olaraq ortaya çıxırsa, heca standartları əsasında yarananKoroğluqoşma gəraylıları da saz havalarının ritm ahənginə uyğun olaraq ortaya çıxır. Yeri gəlmişkən qeyd edək ki, saz havaları ilə aşıq şeirlərinin üzvi bağlılığı kimi son dərəcə vacib məsələ Azərbaycan folklorşünasları arasında Sədnik Paşayevin diqqətini daha çox cəlb edib. “Aşığın şeiri, musiqisi, dastan yaradıcılığı ifaçılığı əlaqəli şəkildə öyrənilsə, bu sənət (aşıq sənətiM.K.) haqqında tam təsəvvür yaranardeyən S.Paşayev saz havalarının şeir janrları üzrə təsnifatını aparıb. Məsələn, gəraylılarınAtlı Koroğlu”, “Ayaq Cəlili”, “Baş sarıtel” (“Kəvəri”), “Bağdad dübeyti”, “Borçalı dübeyti”, “Vanağzı”, “Qazax dübeyti” (“Zülfüqarı”, “Mirzə dübeyti”), “Koroğlu bəhrisi”, “Gəraylı”, “Mina gəraylı”, “Məmmədhüseyni”, “Naxçıvan gülü”, “Orta sarıtel”, “Paşa köçdü”, “Sallama gəraylı”, (“Cığalı gəraylı”), “Səyyadı”, “Tərs gəraylı”, “Hicaz gülü”, “Şahsevəni s. havalar üstündə oxunduğunu müəyyənləşdirib, həmçinin qoşma, təcnis, bayatı, divani, müxəmməs kimi janrların hansı havalara bağlı olduğunu konkret adlar çəkərək təfsilatı ilə göstərib. Biztədqiqatçılar aşıq musiqisini aşıq şeirindən, aşıq şeirini ifaçılıq prosesindən ayrı götürsək , götürməsək , ənənə ənənə olaraq qalır. Hər ustadın fəaliyyəti sayəsində yeni-yeni havalar, yeni-yeni dastanlar, yeni-yeni şeir janrları ilə zənginləşən ənənədə əsl mahiyyət dəyişmir. “Aşıqadı daşıyan sənətkar boyda istedad sahibi olur-olsun, ənənəyə tabedir: sözü qələmdən çox sazla yaradır, sözü xalqa kitab-dəftərdən çox canlı ifaçılıqla çatdırır. Əgər belə olmasaydı, “aşıqadı ilə yanaşı, “el şairiadı da yaranmazdı. “El şairiadı bir daha göstərir ki, qoşma-gəraylı yazmaq bu yolla xalq arasında populyarlıq qazanmaq hələ aşıq olmaq demək deyil. Aşıqlıq mərtəbəsinə qalxmaq üçün söz ustası olmaqdan əlavə, gərək həm mahir saz ifaçısı olub məclis apara, dastan danışa biləsən, sözü sazla birləşdirə, yeri gələndə sazın sədası altında bədahətən şeir deyə biləsən.

Ustad aşıqlara məxsus bədahətən şeir demək məsələsinə qismən ətraflı toxunub Aşıq Şəmşirdən, onun ənənəyə bağlılığından danışmaq istəyirik. Qeyd etmək istəyirik ki, bədahətən şeir demək, xalqın təsəvvüründə vergili olmaq deməkdir. İnama görə, məhz Allah vergisi ustad aşığı adi adamlardan fərqləndirir. Bu inamın hesabınadır ki, xalq arasında ustad aşıqların övliyalığı haqda çoxlu rəvayətlər vardır. Bu rəvayətlərin bir qismi ustad aşığın hər hansı diləyinin (alqış ya qarğışının) hasilə yetməsi ilə bağlıdır. Aşıq Ələsgərin şagirdi Aşıq Ağayarın söylədiyinə görə, Tapdıq adlı bir nəfər onun (Aşıq Ağayarın) xəncərini alıb geri qaytarmaq istəmir. Aşıq Ələsgər işə qarışıb Tapdıqdan xəncəri istəsə , xeyiri olmur. Əlacsız qalan Aşıq Ələsgər Tapdığı qarğımalı olur: “Bu, mənim şəyirdimin xançalını vermədi. Bu gejə gərək o bir balıya irast ola, savahnan Aşıq Ələsgəri burya gətirələr”. Aşıq Ələsgərin dediyi kimi olur: gecə Tapdıq qəfil bəlaya tuş olub evdəkiləri döyməyə başlayır. Əmisi irəli yeriyib qabağını almaq istəyəndə boynunu qırıb onu da böyrü üstə yıxır yerə. Camaat yığılır, Tapdığı iplə evin dirəyinə bağlayır ki, əlindən başqa xəta çıxmasın. Tapdığın düşdüyü bəlaya çarə fikirləşirlər. Aşıq Ələsgərin qarğışı yada düşür. Gedib Aşıq Ələsgəri gətirirlər. Tapdıq yalvarır: “Ələsgər baba, qadan alım, məni burdan qutar!” Aşıq Ələsgər ovsun oxuyub Tapdığın üzünə üfürür. Tapdıq düşdüyü bəladan qurtarır, gətirib xəncəri Aşıq Ağayara qaytarırlar. Buna bənzər əhvalatlar Aşıq Şəmşir barəsində danışılır. Məsələn, danışırlar ki, uşaq vaxtı tay-tuşları ilə  mal otaran Şəmşiri yoldan ötən bir atlı nahaqdan şallaqla vurmaq istəyir. Şəmşir ötkəmliklə dillənir: “A kişi ey, mənə şallaq vurma, bax atın büdrəyər, qılçı sınar, qalarsan piyada!”

Kişi şallağı bir tovlayıb, atı məhmizlədi. İlk addımdaca at büdrədi, qılçı sındı. Kişi... uşağa sarı qaçdı. Uşağa çatan kimi onun ayağına qapandı: “A bala, sən Allah, məni bağışla... Kimlərdənsən, hansı müqəddəsin övladısan?” Aşıq Ələsgər Aşıq Şəmşir diləyinin bu cür yerinə yetməsiqolun qurusundeyib Dəli Qarçarın qolunu qurudan Dədə Qorqudun kəramətini yada salmırmı? Dədə Qorqudun bu kəraməti ilə söy söyləyib boy boylamaq qüdrəti arasında bir bağlılıq olduğu kimi, ustad aşıqların da qeyri-adi hərəkəti ilə bədahətən şeir demək istedadı arasında bir bağlılıq yoxdurmu? Əlbəttə, suallara müsbət cavab verib, ozan aşığı vahid etno-kulturoloji sistemin yetişdirməsi saymalı oluruq. Eyni etno-kulturoloji sistemin daşıyıcısı olmağın nəticəsidir ki, “qayibdən dürlü xəbər söyləyənDədə Qorqud kimi, Aşıq Ələsgərdə görücülük vergisi var. Hətta bu görücülük o dərəcədədir ki, ustad aşıq vaxt öləcəyini qabaqcadan söyləyə bilir (Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr, s.461-462). Əslinə qalsa, Aşıq Ələsgərinbisavadlığı ilə bağlı qənaətin bir kökü Allah vergisi məsələsinə gedib çıxır. Təsadüfi deyil ki, ustad aşığınbisavadlığını yalnız sıravi adamlar yox, onu yaxından tanıyan sənət adamları yetirməsi Aşıq Ağayar, oğlu Aşıq Talıb, həmçinin Aşıq Şəmşirin özü təsdiq edir. Aşıq Şəmşir atası Ağdabanlı Qurbanla dostluq edən Aşıq Ələsgəri belə xatırlayır: “Atamın günü Aşıq Ələsgərlə bir yerdə keçərdi... Onların göz yaddaşı, qulaq yaddaşı elə güclü idi ki, bir dəfə gördüklərini, eşitdiklərini heç vaxt unutmazdılar... Ələsgər əminin yazı-pozu ilə işi yox idi, hamısını sinədən, bədahətən deyərdi”. Həm Aşıq Şəmşir, həm Aşıq Ağayar, Aşıq Talıb kimi  başqa şahidləryazı-pozu bilməyənAşıq Ələsgərin hansı məqamda hansı şeiri bədahətən deməsinə aid kifayət qədər misal çəkirlər. Aşıq Ələsgərin yazı-pozu bilməməsi ilə bağlı xatirələr ustad sənətkarın sinədən söz demək istedadını daha qabarıq göstərmək bu istedadın İlahi vergisi olduğuna dinləyicini inandırmaq üçündür. Əlbəttə, ustad aşığın yazı-pozu bilməsi heç bu el sənətkarı ilə bağlı xalq təsəvvürünü dəyişdirmir. qədər yazı-pozu bilirsə-bilsin, qədər savadlı olursa-olsun, ustad aşıq xalqın təsəvvüründə sinədən söz deməyi bacaran bir sənətkardır. Daha doğrusu, bu sənətkarı sənətkar eləyən ilkin kəramətlərdən biri qeyri-adi təbə sahib olmaq, bədahətən şeir deyib sinəni boşaltmaqdır. Ustad aşıqların son nümayəndələrindən biri olan yazıb-oxumağı bacaran Aşıq Şəmşirlə bağlı  xalq təsəvvürü məhz o cürdür. Belə olmasaydı, yeddi yaşlı Şəmşirin haldan-hala düşüb yetim quzuya şeir qoşmasından rəvayət danışılmazdı: “Xalaoğlu Əhməd onun (ŞəmşirinM.K.) bu qərib halını səhərin gözü açılandan fərq etmişdi.

Ağrıyan yerin yoxdu, xalaoğlu?

Var.

Harandı?

Bilmirəm...

Başına hava gəlib?

. Başıma yığılan o hava deyir ki, bu yetimə (quzuyaM.K.) söz qoşum...

Axır ki, göyərəsi birçəməninilkçiçəyiçırtladı:

Mənə baxıb mələrsən,

göynərsən, yetim quzu?!

Ot yerinə dərd yeyərsən,

Qəm çeynərsən, yetim quzu.

   

Baxışından ələm yağır,

Baxma mənə fağır-fağır.

Mənim dərdim dağdan ağır

Gör neynirsən, yetim quzu!

Xalaoğlu Əhməd eşitdiyinə inanmaq istəmirdi”. Şair M.Aslanın özünəməxsus bir üslubda qələmə aldığı bu əhvalatın həqiqətən baş verib-vermədiyini dəqiqləşdirmək o qədər vacib deyil. Bu məqamda vacib olan başlıca cəhət xalqın təsəvvüründəki Aşıq Şəmşir obrazının M.Aslan təsvirindəki Aşıq Şəmşir obrazı ilə üst-üstə düşüb-düşməməsidir.

Əlbəttə, aşıq sənətini, bütövlükdə xalq ədəbiyyatını çox gözəl bilən duyan M.Aslan, əlinə qələm götürüb Aşıq Şəmşirdən kitab yazarkənustad aşıq kimə deyirlər?” sualının məlum cavabını nəzərə aldığına görə onun təsviri Aşıq Şəmşir barədəki xalq təsəvvürü ilə heç bir ziddiyyət yaratmır. Xalq da, M.Aslan da Aşıq Şəmşiri mahir söz ustası kimi tanıyır. bu ustalıq, məqamı gəldikdə bədahətən deyilən, məqamı gəldikdə qələmlə yazılan kitab-kitab şeirlərdə öz təsdiqini tapır. Xalq da, M.Aslan da söz ustası Aşıq Şəmşiri sazdan ayrı təsəvvür edə bilmir. Aşıq Şəmşirin saz ifaçılığındakı ustalığı isə öz təsdiqini lent yazılarında tapır. Yetmişdən çox saz havasını ifa edib lentə yazdırmaqla o, klassik aşıqların  nümayəndəsi olduğunu bir daha sübuta yetirmiş olur. Şair O.Sarıvəlli Aşıq Şəmşir yaradıcılığında sazla sözün vəhdətini xüsusi qiymətləndirib yazır: “Unutmaq olmaz ki, aşıq poeziyası sazla yanaşı, aşıq musiqisi ilə həmahəng inkişaf edib boy atmışdır. Yaradıcı aşıqların şeirlərinin əksəriyyəti şəkli cəhətdən havacat üzərində qurulmuşdur. Odur ki, aşıq ürəkli şair, şair ürəkli aşıqŞəmşirin yaradıcılığına sazla sözün birliyi mövqeyindən baxmaq lazımdır”. O.Sarıvəlli sazla sözün birliyi baxımından Aşıq Şəmşir yaradıcılığını götür-qoy etmək məqsədilə aşığınMəni sənrədifli cığalı müxəmməsi üzərində dayanır. Cəmi bir bəndini (yəni əsas bənd onun arasına daxil olan cığa bəndləri) misal çəkən O.Sarıvəlli müxəmməsin forma mürəkkəbliyinə aydınlıq gətirir: “Sual olunur: müxəmməslərdə bu əlavə bəndlər, bu cığalar üçündür? Nəzərə almaq lazımdır ki, divani müxəmməs şəklində yazılmış şeirləri eyni adlarda olanDivaniMüxəmməshavalarından ayrı götürmək, ayrı təsəvvür etmək çətindir. Bu saz havaları nəzərə alınmadıqda, bu şeir formaları da bir növ anlaşılmaz olur. Hətta bunlar bəzi oxuculara mənasız görünür. Yeri gəlmişkən, demək lazımdır ki, cığaların müxəmməslərə əlavə edilməsi, görünür, yalnız son dövrlərə aid məsələdir. Həm müxəmməs şəklində olan şeirlərinMüxəmməshavasının üstündə ifa edilməsi ilə çox əlaqədardır. Yeddi bəndlik, hər misrası da on altı hecadan ibarət şeiri aşıq ifa etdikdə çox yorucu olur. Belə bir vəziyyətdə cığalar ifaçıların köməyinə gəlir. Musiqi (“Müxəmməshavası) əlavə xallarla yeri gəldikcə öz ahəngini dəyişir, havanı yeknəsək olmaqdan qurtarır. Beləliklə, götürülmüş böyük bir mövzu, geniş bir məzmun dinləyiciləri yormadan ifa olunur”.

Aşıq yaradıcılığına sazla sözün vəhdəti baxımından yanaşılarkən söhbət istər-istəməz dastan məsələsinə gəlib çıxır. Başqa cür ola bilməz. Çünki dastan ifaçılığı həm saza, həm sözə geniş meydan verir aşıq sənəti bu meydanda öz mahiyyətini daha qabarıq şəkildə göstərə bilir. Bu gün şeirlərini kitablardan sevə-sevə oxuduğumuz klassik aşıqların hər biri, ilk növbədə, məclis aparıb, dastan danışmaqla tanınıblar. Öz şeirləri ilə uca zirvədə dayanan yazılı ədəbiyyatın M.V.Vidadi M.P.Vaqif kimi nümayəndələri ilə müqayisə oluna bilən Aşıq Ələsgərin yalnız Azərbaycanda yox, bütünQafqaz elində, sazın nüfuz etdiyi ətraf ölkələrdə tanınıb şöhrət qazanmasının mühüm səbəblərindən biri məhz dastan ifaçılığı ilə bağlıdır. Aşıq Ələsgərin hansı dastanları məclislərdə daha çox danışmağı barədə konkret məlumatlar var. Oğlu Aşıq Talıb şagirdi Aşıq Ağayarın verdiyi məlumata görə, Aşıq ƏləsgərAbbas-Gülgəz”, “Qurbani”, “Tahir-Zöhrə”, “Valeh-Zərnigar”, “İbrahim”, “Əmrahkimi dastanlara, “Koroğludan yeddi qola daha çox üstünlük verərmiş. Atasının dastana münasibətindən danışarkən Aşıq Talıb başqa bir nöqtəyəAşıq Ələsgərin getdiyi səfərlərə, həmin səfərlərlə bağlı sərgüzəştlərə toxunur Aşıq Ələsgərin öz sözünə əsaslanıb belə hesab edir ki, “o səfərlərin hərəsi bir gejəlik nağıldı”, yəni dastandı. Bu kimi faktlar klassik aşıqların nəinki dastanlar danışmasından, həm yeni-yeni dastanların yaranmasında onların mühüm rol oynamasından xəbər verir. Bu sözləriklassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında möhkəm özüllü bir körpü təsəvvürü yaradanAşıq Şəmşirə aid etmək olar. O.Sarıvəllinin qeydlərindən məlum olur ki, Aşıq ŞəmşirKoroğlu”, “Abbas Gülgəz”, “Heydər bəy”, “Alı xanla Pəri xanım”, “Abdulla Cahan”, “Novruz”, “Həcər Pərizad”, “Valeh Zərnigar”, “Məsim Diləfruz”, “Şah İsmayıl”, “İbrahim”, “Tahir Zöhrə”, “Xəstə Qasımkimi dastanların mahir ifaçısı olub; həmçinin müxtəlif mövzular üzrə üç dastan yaradıb. Aşıq Şəmşirin ifa etdiyi dastanlar sırasında birinci olaraqKoroğluadının çəkilməsi, görünür, təsadüfi deyil. Məsələ burasındadır ki, Aşıq Şəmşirin zil səsiKoroğluhavalarının oxunması üçün çox uyarlı bir səs olub. M.Aslanın bu qeyri-adi səslə bağlı olaraq qələmə aldığı bir əhvalat var. Həmin əhvalat Aşıq Şəmşirin Xan Qərvəndində Usuf adlı bir aşıqla qabaqlaşmağından bəhs edir: “Aşıq Şəmşir üzünü camaata tutdu: – Ay yoldaşlar, siz sözümə şahid olun: hansı aşıq meydana çağırırsa, fürsət qabaqkınındı, çünki bu kişi özünə genəşib meydana çıxıb. Eləmi?! Qaydaya görə, əvvəlcə havacat üstündə sınaşmalıyıq, sonra mən burda, o burdadeyişəcəyik, qıfılbəndə keçəcəyik... Əvvəlcə mənBozuğu Koroğluoxuyacam.

Dədə Şəmşir dövrə vurub qıyya çəkdi:

   

Hanı mənim Qoç Koroğlum

Gələ girə bu meydana!..

   

Növbəti bənddə Aşıq Usufunhey!” deməyi ilə boğazından qan fışqırmağı bir oldu”. “Bozuğu Koroğluoxumaq istərkən Aşıq Usufun boğazından qan açılması Aşıq Şəmşir səsinin dərəcəsini göstərmək üçün lazım olan bir detaldır. Bu detal göstərir ki, Aşıq Şəmşir səsi ilə oxumağa  cəhd eləmək başqa aşıq üçün zora düşmək, boğazını sıradan çıxarmaq deməkdir.

 

 





16.12.2013    çap et  çap et