525.Az

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlarla onlayn müsahibələr nə vaxt başlayacaq?


 

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlarla onlayn müsahibələr nə vaxt başlayacaq?<b style="color:red"></b>

Mayın 20-dən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələri üzrə qeydiyyata iyunun 1-dən start veriləcək.

İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

 





20.05.2020    çap et  çap et