525.Az

İnzibati və kommersiya məhkəmələrinə edilən müraciətlərin sayı açıqlandı


 

İnzibati və kommersiya məhkəmələrinə edilən müraciətlərin sayı açıqlandı<b style="color:red"></b>

2020-ci ilin əvvəlindən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə dair yeni regional kommersiya, habelə inzibati məhkəmələr fəaliyyətə başlayıb və cari ildə sahibkarlıqla bağlı mübahisələrə dair məhkəmələrinə edilən müraciətlərin sayı artıq 3 300-ə çatıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin funksionallığının artırılması üzrə əməli işlər davam etdirilərək ötən dövrdə e-məhkəmə sistemindən bəhrələnənlərin sayı 1,6 milyonu ötüb.

2019-cu ilin sonlarında istifadəyə verilmiş məhkəmə prosesində mobil qaydada iştirak etməyə imkan verən "Mobil məhkəmə" proqram təminatının istifadəçilərinin sayı isə artıq 2000 nəfərə çatıb.

Həmçinin, Fərmanla əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xarakter alıb.

Bildirilib ki, hazırda imtahanlardan uğur qazanmış 108 namizəd müsabiqənin müxtəlif mərhələlərindədir.

 





20.05.2020    çap et  çap et