525.Az

Vətəndaşların Rusiya-Azərbaycan sərhədini keçməsi üçün mexanizm yaradılacaq


 

Vətəndaşların Rusiya-Azərbaycan sərhədini keçməsi üçün mexanizm yaradılacaq<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin  Rusiyanın müvafiq orqanlarına 31 maya qədər operativ olaraq Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb.

APA-nın xəbərinə görə, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.

V. Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir.

V. Putinə bu məsələ ilə bağlı 31 may 2020-ci ilə qədər hesabat təqdim edilməlidir.

 





20.05.2020    çap et  çap et