525.Az

NK istehsalçıların toxum təminatı ilə dəstəklənməsi məqsədilə 5 milyon manat ayırdı


 

NK istehsalçıların toxum təminatı ilə dəstəklənməsi məqsədilə 5 milyon manat ayırdı<b style="color:red"></b>

Baş Nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon  manat məbləğində vəsait ayrılıb.

Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görməli, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi bu sərəncamla ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 





23.05.2020    çap et  çap et