525.Az

“Çempionatın bərpa tarixi hələ təsdiqlənməyib”


 

 “Çempionatın bərpa tarixi hələ təsdiqlənməyib”<b style="color:red"></b>

Koronavirus pandemiyası üzündən dayanan İspaniya çempionatının bərpa tarixi təsdiqlənməyib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqıayıb.

Ölkənin baş naziri Pedro Sançes La Liqada mövsümün iyunun 8-də bərpa olunacağını bəyan etsə də, yarışın təşkilatçısı hələ dəqiqləşməli detalların olduğunu bildirib: “Çempionatın bərpa tarixi hələ təsdiqlənməyib. Biz bunu yaxın günlər ərzində elan edəcəyik. Bir araya toplaşmalı, bəzi detalları dəqiqləşdirməliyik. Bundan sonra dəqiq tarixi deyəcəyik”.

Qeyd edək ki, İspaniya çempionatı martda dayandırılıb.

 





23.05.2020    çap et  çap et