525.Az

ABŞ Səfirliyi azərbaycanlıları təbrik etdi


 

ABŞ Səfirliyi azərbaycanlıları təbrik etdi<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.

Təbrikdə qeyd edilib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi bütün azərbaycanlıları müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir: “Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”.

 





24.05.2020    çap et  çap et