525.Az

"İnstaqram yoldaşım..." - Video


 

QULU AĞSƏS İKİ YAŞLI İPƏYƏ ŞEİR YAZDI

"İnstaqram yoldaşım..." - <b style="color:red">Video</b>

Tanınmış şair Qulu Ağsəs öz "İnstaqram" səhifəsində iki yaşlı İpək Məcidlə canlı yayıma çıxıb. Qızcığaz şairin suallarını özünəməxsus şəkildə cavablandırıb. Qeyd edək ki, İpək Məcid kiçik olsa da çoxlu şeir bilir.


525.az Qulu Ağsəsin İpəyə həsr etdiyi şeiri şairin öz səsində təqdim edir:


iki yaşlı İpək Məcidə

 

Nə deyim ki, ay İpək,
Gül xətrinə dəyməsin?!
Gecələr açıq olur
Yuxunun bir düyməsi...
 

Saatlarla dinməyib
Qəfildən vəcdə gələn!
Ata Məciddən qaçıb
Baba Məcidə gələn!

 
Telefonu açmadın
Kefimi pozdun mənim.
İnstaqram yoldaşım,
Karantin dostum mənim!

 
Yollar yasaqdı, İpək,
Hava sazaqdı, İpək,
Çiçək taxıb telinə –
Çıx Günəşin yerinə!..











 





25.05.2020    çap et  çap et