525.Az

"Gürcüstanın qazandığı uğurlarda dost ölkələrin çox böyük yardımı olub"


 

"Gürcüstanın qazandığı uğurlarda dost ölkələrin çox böyük yardımı olub"<b style="color:red"></b>

Gürcüstan müstəqillik illərində çox böyük uğurlar qazanıb. Bu uğurları qazanmağımızda dost ölkələrin çox böyük köməyi və dəstəyi olub. Onların köməyi olmadan bu uğurlarımız mümkün olmazdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Xarici İşlər naziri David Zalkalianinin 26 May- Müstəqillik Günü münasibətilə Gürcüstanda akkreditə edilmiş diplomatik korpusa ünvanladığı məktubda əksini tapıb.

Belə bir məktub Azərbaycanın Tbilisidəki səfirliyinə də təqdim olunub.

Nazir diplomatlara peşəkarlıq, fədakarlıq və xeyirxahlıq göstərdikləri üçün Gürcüstandakı xarici ölkələrin səfirlərinə, nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkür edib.

O həmçinin, koronavirus pandemiyası zamanı Gürcüstana yardım etmiş xarici ölkələrə təşəkkürünü ifadə edib.

Məktubda deyilir ki, yanımızda olan dost ölkələrin əvəzsiz köməyi olmadan Gürcüstanın üzləşdiyi problemlərin öhdəsindən gəlməsi çox çətin olardı.

“Son aylarda üzləşdiyimiz pandemiya bizə dünyanı dəyişdirməyimizin, həmrəylik, əməkdaşlıq və qarşılıqlı yardımlaşma prinsipləri üzərində yenidən inşa etməyimizin lazım olduğunu göstərdi”, - deyə D. Zalkaliani vurğulayıb.

 





26.05.2020    çap et  çap et