525.Az

Türkiyədə koronavirusa gündəlik yoluxma və ölüm halları aşağı düşməkdədir


 

Türkiyədə koronavirusa gündəlik yoluxma və ölüm halları aşağı düşməkdədir<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri sayəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam edir.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 26-də ölkə üzrə 19 min 853 nəfər testdən keçirilib. Onlardan 948 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1492 nəfər sağalıb, 28 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanlar 121 min 507, ölənlərin sayı isə 4 min 397 nəfərə çatıb.

Qeyd edək ki, dörd gün əvvəl Türkiyədə tətbiq olunan növbəti komendant saatı bu gecə saat 00.00-da başa çatır.

 





26.05.2020    çap et  çap et