525.Az

Daha 24 nəfər gəmi ilə Bakıdan Qazaxıstana göndərildi


 

Daha 24 nəfər gəmi ilə Bakıdan Qazaxıstana göndərildi<b style="color:red"></b>

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə-gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 testindən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Mayın 20-də 35 Qazaxıstan vətəndaşı və 8 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

 





26.05.2020    çap et  çap et