525.Az

Gürcüstanda turizm obyektləri iyunun 8-də açılacaq


 

Gürcüstanda turizm obyektləri iyunun 8-də açılacaq<b style="color:red"></b>

İyunun 8-dən Gürcüstanda turizm obyektləri fəaliyyətini bərpa edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında bildirib.

O qeyd edib ki, həmin tarixdən ölkə ərazisində hər növ hotel və restoranların  fəaliyyətlərini bərpa etməsinə icazə veriləcək. Fəaliyyətə başlayacaq hotellər səhiyyə nazirliyi tərəfindən gigiyenik baxımdan təftiş ediləcək və yalnız uyğun olanlara xüsusi icazə veriləcək.

Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Gürcüstanda martın 16-da qış turizm zonalarının vaxtından əvvəl bağlanılmasına qərar verilib, ölkə ərazisində kafe, restoran və barların fəaliyyəti məhdudlaşdırılıb.

 





27.05.2020    çap et  çap et