525.Az

İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik etdi


 

İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik etdi<b style="color:red"></b>

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm”.

 





27.05.2020    çap et  çap et