525.Az

Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq


 

Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq<b style="color:red"></b>

Rusiyanın paytaxtı Moskva şəhərinin əhalisinə gəzintiyə çıxmaq icazəsinin verilməsi planlaşdırılır. Lakin hələlik bu, test rejimində, xüsusi qrafik üzrə olacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Moskva şəhərinin meri Sergey Sobyanin deyib.

"Biz bunu test rejimində etməyi və müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəlinin hazırlanmasını təklif edirik", - deyə Moskva meri qeyd edib.

 





27.05.2020    çap et  çap et