525.Az

Cümhuriyyətimizə həsr olunmuş elektron məlumat bazası hazırlanıb


 

Cümhuriyyətimizə həsr olunmuş elektron məlumat bazası hazırlanıb<b style="color:red"></b> Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Elektron məlumat bazası 1918-ci il mayın 28-də Müsəlman Şərqində qurulmuş ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilib.

“Azərbaycan Xalq Cümhuriyyəti” adlı Elektron məlumat bazası rəsmi sənədlər, Şərqdə ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri, Görkəmli şəxsiyyətlərin fikirləri, İstiqlal bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Azərbaycan hökuməti, Yuxarı Qarabağda vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf platforması, Təhsil, Elm və mədəniyyət, Nəşrlər, Şərqin ilk demokratik respublikasının uğurlu varisi, Xatirəsinin əbədiləşdirilməsi, Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında rəsmi sənədlər, arxiv materialları, kitab və məqalələr, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar, şəkillər, Xalq Cümhuriyyətinə dair  videolar yerləşdirilib.

Elektron məlumat bazasında təqdim olunan kitab və məqalələrin elektron resursları tam mətni ilə təqdim olunur.

Baza ilə tanış olmaq istəyənlər BURAYA keçid edə bilərlər.  
 





28.05.2020    çap et  çap et