525.Az

İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanladı


 

İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanladı<b style="color:red"></b>

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, Azərbaycan xalqına isə inkişaf və firavanlıq arzu edirəm. Allah-Təaladan tezliklə koronavirus bəlasından qurtulmağınızı diləyirəm. İraq tərəfinin dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsinə sadiq qalacağına əmin ola bilərsiniz”.

 





28.05.2020    çap et  çap et