525.Az

“Azərkitab” AXC-nin 102 illiyinə həsr olunan onlayn tədbir keçirdi


 

“Azərkitab” AXC-nin 102 illiyinə həsr olunan onlayn tədbir keçirdi <b style="color:red"></b>

“Azərkitab” Kitab Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan onlayn tədbir keçirilib.

“Azərkitab-Kitab Mərkəzi"nin layihə rəhbəri Sabir Həsənov Cümhuriyyətin tarixinə, keçdiyi şərəfli yola nəzər salıb və Şərqin ilk demokratik respublikasının xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xalq yazıçısı Çingiz Abdullayev, akademik Nizami Cəfərov, araşdırmaçı Dilqəm Əhmədov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, şair Səlim Babullaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq ölkəmizin tarixinə parlaq səhifələr yazdığını, Cümhuriyyət qarşısına qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun xalqın milli şüurunda formalaşdırdığı müstəqillik ideyasının unudulmadığından söz açıblar.

Bildiriblər ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib.  Xalqımız Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunduğu tarixi – mayın 28-ni Respublika Günü olaraq təntənə ilə qeyd edir.

 





28.05.2020    çap et  çap et