525.Az

Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı


 

Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı<b style="color:red"></b>

Bu gün Gürcüstanın paytaxtı Tbilisidəki Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 28 May Respublika Günü münasibəti ilə qonşu ölkə paytaxtının ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Qeyd edək ki, Respublika Günü ilə əlaqədar olaraq Tbilisinin mərkəzində yerləşən “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.



 

 





28.05.2020    çap et  çap et