525.Az

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik etdi


 

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik etdi<b style="color:red"></b>

ABŞ Helsinki Komissiyasının sədri, Konqresdə Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən Əlsi Heystinqz Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, konqres üzvü bəyanatında Müsəlman aləmində ilk dünyəvi demokratik dövlət olan və Sovet İttifaqının dağılması ilə yenidən müstəqillik qazanan Azərbaycanın regional sabitliyin qorunması və təhlükəsizlik sahəsində əməkdaşlıqda ABŞ-in tərəfdaşı olduğunu ifadə edib.

Ə.Heystinqz Azərbaycan və İsrail arasındakı dostluq əlaqələrini ön plana çəkərək təqdir edib, 30000-dən çox yəhudinin doğma evi olan Azərbaycanın İsrailin etibarlı tərəfdarı olduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın regional təhlükəsizlik və sabitlik sahəsindəki rolu, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmaması, habelə ABŞ-ın Əfqanıstandakı

qoşunlarına dəstəyi, BMT və NATO sülhməramlılarına töhfəsi vurğulanıb.

 





29.05.2020    çap et  çap et