525.Az

Fikrət Sadıqın şeirlər kitabı çap olundu


 

Fikrət Sadıqın şeirlər kitabı çap olundu<b style="color:red"></b>

Bu günlərdə Fikrət Sadığın 90 illik yubileyi ərəfəsində Azərbaycan Yazıçılar birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə tanınmış şair Fikrət Sadıqın "Mən ot basmış bir cığıram" adlı kitabı işıq üzü görüb.

“AybKitab” layihəsində çap olunan Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində  yığılıb. Kitabın tərtibçisi və redaktoru  Aysel Fikrətdir. Kitabda şairin son illərinə qədər çap olunmayan şeirləri nəşr olunub. Bu şeirlərlə yanaşı, şairin məşhur və sevilən şeirləri də nəşrdə yer alıb.

Kitabda 1954-1959 cu illərə qədər Bakı Dövlət Universitetinin qəzetində çap olunmuş ilk şeirlərindən son kitabına qədər olan  seçmə nümunələr verilib. Kİtab bir neçə bölmədən ibarətdir. Birinci bölmədə şairin ilk şeirləri, ikinci bölmədə çap olunmayan şeirləri, üçüncü bölmədə şairin son şeirləri, sonuncuda isə şairin ən çox sevdiyi iki şeir nəşr edilib. Kitab şairin dünyasını dəyişdikdən sonra çap olunan ilk kitabdır.

Qeyd edək ki, Fikrət Sadıq Azərbaycan ədəbiyyatının sevilən, seçilən şairlərindən biri olub. 60-cı illərdən Rəsul Rzanın xeyir duası ilə ədəbiyyata gələn şairin son günlərinə qədər Azərbaycan Ədəbiyyatının inkşafında böyük rolu olub. Onun tərcümələri, fəlsəfi şeirləri, uşaq şeirləri, dillər əzbəridir. Şair ömrünün son gününə qədər yazıbyaradıb. Bu kitabda onun 86 yaşında yazdığı şeirlərə də yer verilib.

 





29.05.2020    çap et  çap et