525.Az

Ağcabədi rayonunda barama tədarükünə başlanıldı


 

Ağcabədi rayonunda barama tədarükünə başlanıldı<b style="color:red"></b>

Bu gündən Ağcabədi rayonunda barama tədarükünə başlanılıb.

Artıq kümçülərin yetişdirdikləri məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində baramanın təhvil alınmasına başlanılıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov baramanın ilk təhvilində
iştirak edib, ilk tədürükü həyata keçirən kümçülərlə görüşüb. Qaravəlli kəndindən
kümçü Quliyev Talıb Muxtar oğlu bu gün 23,3 kiloqram barama təhvil verərək, bu
mövsümdə barama tədürükünə başlayan ilk kümçü olub. Bu münasibətlə kümçüyə gül
buketi və hədiyyə təqdim olunub. Daha sonra Kəbirli kəndindən Orucov Mürvət Atakişi
oğlu 59,7 kiloqram, Ağcabədi şəhərindən Mehtiyev Bakir Cəmil oğlu isə 9,1 kiloqram
barama təhvil veriblər. Kümçülər ötən illərdə adətən hər qutudan 50 kiloqram barama
tədarük olunduğunu qeyd edərək, bu il hər qutudan 60 kiloqram məhsul gözlədiklərini
söyləyiblər.

Qeyd edək ki, Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl
yerlərdən birini tutur. Son illər Ağcabədi rayonunda baramaçılığın daha da inkişaf
etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə
yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min
761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram
barama istehsal olunub.

Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər cari ildə daha
çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon kümçülərinə bu mövsüm
1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu paylanıb. Bu il rayonda 60 tona yaxın
barama istehsalı proqnozlaşdırılır.

 





29.05.2020    çap et  çap et