525.Az

"Həkimlərin ümidini üzdüyü xəstələrdən plazma sayəsində sağalanlar oldu"


 

"Həkimlərin ümidini üzdüyü xəstələrdən plazma sayəsində sağalanlar oldu"<b style="color:red"></b>

“Sağalan şəxslərdən alınan plazmanın tətbiqinə başlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, xəstəliyi orta və ağır keçirən xəstələrdən götürən plazmanın tətbiqi daha effektiv nəticə verib: “Çox ağır, həkimlərimizin ümidini tamamilə üzdüyü xəstələrdən bu plazma sayəsində sağalanlar oldu. Bu plazmanı bizə verən sağalmış şəxslərə təşəkkür edirəm. Sağalmış vətəndaşlarımızı plazma verməyə dəvət edirik”.

 





29.05.2020    çap et  çap et