525.Az

Koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür


 

Koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür<b style="color:red"></b>

Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Abşeronda 9,2 faiz, Lənkəranda 8,6 faiz, Quba-Xaçmazda 1,5 faiz, Yuxarı Qarabağda 1,1 faiz, Şəki-Zaqatalada 1,1 faiz, Dağlıq Şirvanda 1,1 faiz, Naxçıvanda 0,1 faiz təşkil edir. Yoluxanların 5,4 faizi xaricdən gələnlərdədir.

 

 





29.05.2020    çap et  çap et