525.Az

Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək


 

Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək<b style="color:red"></b>

01.06.2020-ci il tarixində Pirşağı qəsəbəsində aparılan işlər ilə əlaqədar olaraq, Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsində təşkil ediləcək. 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə hərəkət edəcək.

 





30.05.2020    çap et  çap et