525.Az

Azərbaycan və Türkmənistanda hər iki ölkənin səfirliklərinə torpaq sahələri ayrılacaq


 

Azərbaycan və Türkmənistanda hər iki ölkənin səfirliklərinə torpaq sahələri ayrılacaq<b style="color:red"></b>

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

 

 





31.05.2020    çap et  çap et