525.Az

BŞBPİ: "Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı"


 

BŞBPİ: "Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı"<b style="color:red"></b>

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiya barədə məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib:

"Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər - aksiyanın təşkilatçısı barəsində toplanan materiallar isə rayon məhkəməsinə göndərilib".

 





01.06.2020    çap et  çap et