525.Az

Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq


 

Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq<b style="color:red"></b>

İyunun 6-da Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq.

APA-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, 163348 (2002 NN4) asteroidinin diametri 250-570 metr arasındadır və 11,1 km/s sürətlə Yerdən 5,1 milyon km məsafədə keçəcək.

NASA mütəxəssislərinin fikrinə əsasən, bu cür göy cisimləri potensial təhlükəli olaraq təsnif edilir.

Mütəxəssislər hazırda Yer kürəsinə yaxın 7 milyon km radiusda diametri 140 metrdən çox olan 8000-ə qədər asteroid aşkar ediblər.

 





02.06.2020    çap et  çap et