525.Az

Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün 6 milyon manat ayrıldı


 

Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün 6 milyon manat ayrıldı<b style="color:red"></b>

Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılıb.

 

 





02.06.2020    çap et  çap et