525.Az

Türkiyənin tanınmış siyasi xadimi Əhməd Tekdal vəfat etdi


 

Türkiyənin tanınmış siyasi xadimi Əhməd Tekdal vəfat etdi<b style="color:red"></b>

Türkiyənin tanınmış siyasi xadimi, sabiq millət vəkili Əhməd Tekdal 89 yaşında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ə. Tekdal Ankarada müalicə olunduğu özəl xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qapadılan “Rifah” partiyasının qurucularından hesab edilən Ə. Tekdal bir müddət partiyanın sədri olub.

Nəcməddin Ərbəkanın yaxın tərəfdaşı kimi tanınan Ə. Tekdal “Səadət” Partiyasının da İdarə Heyətində təmsil olunub.

 

 





02.06.2020    çap et  çap et