525.Az

Nazir ötən il zərərlə işləyən qurumların adını açıqladı


 

Nazir ötən il zərərlə işləyən qurumların adını açıqladı<b style="color:red"></b>

Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" QSC, "Azəristiliktəchizat" ASC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt" MMC-yə maliyyə vəsaiti ayrılıb: "Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil".

 





02.06.2020    çap et  çap et