525.Az

Tahir Kərimli: "Azərbaycan az sayda dövlətlərdəndir ki..."


 

Tahir Kərimli: "Azərbaycan az sayda dövlətlərdəndir ki..."<b style="color:red"></b>

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans mühüm bir görüş idi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, görüşdə bir sıra mühüm məsələlərə toxunulub: "Bu məsələlrdən ən mühümü Azərbaycanla Asiya İnkişaf Bankı arasında münasibətlərin müzakirəsi oldu. Bildiyimiz kimi Azərbaycanla Asiya İnkişaf Bankı arasında münasibətlər yüksəkdir. Bank Azərbaycanda bir sıra sahələrə, xüsusən də qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafına kreditlər ayırıb. Təsadüfi deyil ki, suvarma ilə bağlı Dövlət Proqramının qəbulu mümkün olacaq. Azərbaycan tərəfi Asiya İnkişaf Bankının fəaliyyətini daim alqışlayıb, yüksək qiymətləndirib. Ölkəmizin bu bankla əməkdaşlığı həm Azərbaycana, həm də regiona xeyir verir. Asiya İnkişaf bankı Azərbaycanda bir sıra layihələri maliyyələşdirməklə yanaşı, həmçinin Cənub Qaz Dəhlizi layihəsini birmənalı müdafiə edir. Buna görə də Azərbaycanın bu qurumla əməkdaşlığı çox mühümdür. Dövlət başçısı da çıxışında bildirdi ki, dünyada koronavirus pandemiyası yayıldığı bir vaxtda Azərbaycanın buna qarşı mübarizə tədbirlərində mühüm addımlar atır. Bank rəhbərliyi də bu prosesdə Azərbaycanın gördüyü işləri alqışladı. Cənab Prezident görüşdə bildirdi ki, Azərbaycanda son 4 ay ərzində qeyri-neft sektorunda 16 faiz, ümumi daxili məxsulda 0,2 faiz artım olub. Amma buna baxmayaraq Azərbaycan heç bir sosial proqramını ixtisara salmayıb. Bununla yanaşı Azərbaycan Prezidenti pandemiya dövründə zərər çəkən sahibkarların bu prosesdən nisbətən az zərərlə çıxması və vətəndaşlara yardım üçün 2 milyard avrodan artıq vəsait ayırıb. Bu çox mühüm addımdır. yəni Azərbaycan dövləti pandemiya dövründə də vətəndaşının, sahibkarının yanında oldu, onlara kompensasiya ödəməkdən çəkinmədi. Həmçinin Azərbaycan dövləti koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat yardım edib və bu yardım dünyanın 14 ölkəsinə paylanıb".

T. Kərimli bildirib ki, ümumilikdə Azərbaycan pandemiya dövründə 30-dan artıq lkəyə yardım edib: "Azərbaycan az sayda dövlətlərdəndir ki, pandemiya dövründə heç bir ölkəyə və ya beynəlxalq təşkilata yardım üçün müraciət etməyib. Hansı ki, dünyanın 150-dən artıq dövləti pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına yardım üçün müraciət edib. Amma Azərbaycan gördüyü qabaqlayıcı tədbirlər nəticəsində koronavirusdan çox az itkilər verib. Bu faktları Asiya İnkişaf bankı da, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlar da alqışlayır, Azərbaycanı digər dövlətlərə nümunə kimi göstərir. Pandemiya dövründə bütün dünya Azərbaycanın bu xəstəliyə qarşı mübarizə gücünü gördü".

Millət vəkili bildirib ki, Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq tarixi var: "2015-ci ildə Asiya İnkişaf Bankı Bakıda ilk toplantısını keçirib və bu toplantı uğurlu alınıb. Bank rəhbərliyi Azərbaycana inandığı üçün kredit və zəmanətlər infrastrukturuna investisiya yatırmağa qərar verib. Bank Azərbaycanda pandemiya ilə mübarizə sahəsində atılan addımları yüksək qiymətrləndirib və bu addımları dəstəklədiyini bəyan etdi".

 





02.06.2020    çap et  çap et